SON DƏQİQƏ
» » Rusiya AŞPA-ya geri qayıtdı – Kiyevdən reaksiya

Rusiya AŞPA-ya geri qayıtdı – Kiyevdən reaksiya

Tarix:

25-06-2019, 11:35

/ 1 932 dəfə oxundu.
Rusiya AŞPA-ya geri qayıtdı – Kiyevdən reaksiya

Rusiyanın AŞPA-ya qaytarılmasına səs verən siyasətçilərin hamısı Donbas və Krımda ukraynalıların öldürülməsinə görə məsuliyyət daşıyır.

GunAz.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukrayna Radasının vitse-spikeri, eləcə də Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü İrina Qeraşenko paylaşıb.

“Təəssüf ki, Rusiya nümayəndə heyətinin geri qaytarılması ilə bağlı AŞPA-dakı səsvermənin nəticələri gözlənilən idi. Bu təşkilatın 118 deputatı Rusiyanın haqq ödəməsi və AŞPA-nın heç bir qətnaməsini icra etməməsinə səs verdilər. Pullar onlar üçün prinsiplərdən daha vacib oldu”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiyanın AŞPA-dakı haqlarının bərpa edilməsiylə bağlı səsvermə keçirilib. Nəticədə Rusiya nümayəndə heyətinin AŞPA-ya qayıtması haqqında qətnamə qəbul edilib. Qətnaməni 118 deputat dəstəkləyib, 62-si əleyhinə səs verib, 10-u isə bitərəf qalıb. Qətnaməni dəstəkləyənlər arasında Azərbaycan, Türkiyə nümayəndə heyətinin bütün üzvləri yer alıb.

Gürcüstan nümayəndə heyətinin üzvləri yekdilliklə qətnamənin əleyhinə səs veriblər.

Ermənistan nümayəndə heyətindən isə 1 nəfər qətnamənin əleyhinə, digərləri lehinə səs verib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ