SON DƏQİQƏ
» » Qərb hündür divarlarla özünü qaçqınlardan qorumağa çalışır - Ərdoğan

Qərb hündür divarlarla özünü qaçqınlardan qorumağa çalışır - Ərdoğan

Tarix:

27-06-2019, 20:39

/ 2 030 dəfə oxundu.
Qərb hündür divarlarla özünü qaçqınlardan qorumağa çalışır - Ərdoğan

Ankara özünü yüksək divarlarla və tikanlı tellərlə qaçqınlardan təcrid etməyə çalışan bir sıra qərb ölkəsinin addımlarını təkrarlamayacaq. GunAz.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

G-20 liderlərinin sammitinə  qatılmaq üçün Osakaya gələn Ərdoğan Mukoqava Qadın Universitetinin diplomu və fəxri doktoru adına layiq görülüb.

Universitet tələbələri və müəllimləri qarşısında çıxış edən Ərdoğan, Türkiyənin qərb qonşularının qaçqın problemini gözardı edərək, məsələni sərhəddə divarlar və maneələr quraraq problemi həll etməyə çalışdığını qeyd edib.

"Təəssüf ki, nə ölən uşaqları qucaqlayan analar, nə ataların fəryadları, nə də həbsxanalarda işgəncələr Suriya məsələsində həlledici addımların atılmasını tezləşdirmədi. Türkiyə etnik, irqi və ya dini mənsubiyyətindən asılı olmayaraq ehtiyacı olanlara yardım əlini uzatmağa davam edəcək", Ərdoğan deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ