
Qüdsdəki erməni kilsəsinin 60 seminaristi yəhudilərin Şavuot bayramı ərəfəsində erməni məhəlləsinə daxil olan iki gənc yəhudini vəhşicəsinə döyüb.
Bu məlumatı İsrailin "Ceviş Press" qəzeti yayıb. Məlumata görə, seminaristlərin yəhudiləri döyməsi onları müşayiət edən erməni keşişlərin davanı dayandırmaları ilə bağlı əmr verdikləri ana qədər davam edib.
Döyülən yəhudilərin vəkili Xaim Bleyker artıq məsələ ilə bağlı polisə və İsrail kəşfiyyatına müraciət etdiyini bəyan edib. Bleyker müdafiə etdiyi şəxslərin baş verən insidentdə heç bir günahının olmadığını bildirib.Axar.az