SON DƏQİQƏ
» » Gürcüstana ən çox bu ölkələrdən pul göndərilib

Gürcüstana ən çox bu ölkələrdən pul göndərilib

Tarix:

18-06-2019, 10:00

/ 1 787 dəfə oxundu.
Gürcüstana ən çox bu ölkələrdən pul göndərilib

Gürcü miqrantların 2019-cu ilin mayında ölkələrinə göndərdiyi vəsait 11,8 % artıb.

GunAz.az xəbər verir ki, bu məlumatı Gürcüstan Milli Bankı yayıb. Məlumata görə, mayın ayında ölkəyə göndərilən vəsait 148,5 milyon dollar təşkil edib.

Gürcüstana ən çox pul köçürülməsi Rusiyadan həyata keçirilib. Belə ki, Rusiyadakı gürcü miqrantlar cari ayda ölkələrinə 34,8 milyon dollar göndəriblər. Bu isə keçən ilin analoji dövrü ilə müqayisə 5,8% az alıb. Azalmaya səbəb isə rublun dollar qarşısında mövqe itirməsi olub.

Rusiyadan sonrakı yerdə İtaliya, Yunanıstan, ABŞ, İsrail və Türkiyə yer alıb. Türkiyədən olan pul köçürmələri keçən ilin analoji dövrü ilə müqayisədə 20% azalıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ