SON DƏQİQƏ
» » Ruhani: İran xalqı Qüds və dünya məzlumlarını heç vaxt tək qoymayacaq

Ruhani: İran xalqı Qüds və dünya məzlumlarını heç vaxt tək qoymayacaq

Tarix:

31-05-2019, 08:14

/ 828 dəfə oxundu.
Ruhani: İran xalqı Qüds və dünya məzlumlarını heç vaxt tək qoymayacaq

İran İslam Respublikası prezidenti İran xalqının heç vaxt Qüdsü və məzlumları tək qoyamayacağını deyərək, bildirib: "İran xalqı bu il də Qüds günü yürüşündə geniş iştirakı ilə qələbənin əldə olunacağı zamana kimi zalımlar qarşısında dayanacağını elan edəcək".

Həsən Ruhani çərşənbə günü nazirlər kabinetinin iclasında deyib: "Fələstin və Qüds bütün müsəlmanların müqavimətinin rəmzi, İsrail isə müsəlmanlara zülm etmək istəyən dünyanın təcavüzkar qüvvələrinin rəmzidir". 

İran prezidenti daha sonra Fələstin və Yəmənin məzlum xalqlarının mübarək Ramazan ayında çox çətin durumda olduqlarını deyərək, Yəmən və Fələstinin məzlum xalqları təcavüzkarlardan qorxmadəğını, fədakarlıqla müqavimət göstərərək, düşməni geri çəkilməyə məcbur etdiklərini deyib. 

Ruhani bu gün fələstinlilərin işğalçılara cavabının raket müqabilində raket olduğunu deyərək, əlavə edib: "Bir zamanlar Fələstin xalqı özünü müdafiə etmək üçün sadəcə daşa malik idi. Bu gün isə sionistləri geri çəkilməyə məcbur edirlər". 

 

Ruhani "Əsrin anlaşması"nı bu planı hazırlayanlar üçün "əsrin uğursuzluğu" adlandırıb və deyib: "Bu gün sadəcə Fələstin xalqı deyil, bütün məntəqə əleyhinə fitnə mövcuddur". 

Mübarək Ramazan ayının son cüməsi İran İslam Respublikasının banisi İmam Xomeyni(rə) tərəfindən Ümumdünya Qüds Günü elan olunub. Qüds günü bu il 31 may 2019-cu il tarixinə təsadüf edir. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ