SON DƏQİQƏ
» » Ruhani:"İran xalqı Qüds və dünya məzlumlarını heç vaxt tək qoymayacaq"

Ruhani:"İran xalqı Qüds və dünya məzlumlarını heç vaxt tək qoymayacaq"

Tarix:

29-05-2019, 17:56

/ 1 131 dəfə oxundu.
Ruhani:"İran xalqı Qüds və dünya məzlumlarını heç vaxt tək qoymayacaq"

İran İslam Respublikası prezidenti İran xalqının heç vaxt Qüdsü və məzlumları tək qoyamayacağını deyərək, əlavə edib: İran xalqı bu il də Qüds günü yürüşündə geniş iştirakı ilə qələbənin əldə olunacağı zamana kimi zalımlar qarşısında dayanacağını elan edəcək.

Həsən Ruhani çərşənbə günü nazirlər kabinetinin iclasında deyib: "Fələstin və Qüds bütün müsəlmanların müqavimətinin rəmzi, İsrail isə müsəlmanlara zülm etmək istəyən dünyanın təcavüzkar qüvvələrinin rəmzidir". 

İran prezidenti daha sonra Fələstin və Yəmənin məzlum xalqlarının mübarək Ramazan ayında çox çətin durumda olduqlarını deyərək, əlavə edib: "Yəmən və Fələstinin məzlum xalqları təcavüzkarlardan qorxmurlar. Fədakarlıqla müqavimət göstərərək, düşməni geri çəkilməyə məcbur edirlər". 

Ruhani bu gün fələstinlilərin işğalçılara cavabının raket müqabilində raket olduğunu deyərək, bildirib: "Bir zamanlar Fələstin xalqı özünü müdafiə etmək üçün sadəcə daşa malik idi. Bu gün isə sionistləri geri çəkilməyə məcbur edirlər". 

İran prezidenti əlavə edib: "Bu xalqlar mübariz xalqlar olsalar da, böyük qüdrətlərin cinayətləri hər gün daha da artır və onlar regiona modern silahlar göndərir və Yəməndə, Fələstində müdafiəsiz insanları qırğın edirlər". 

Ruhani "Əsrin anlaşması"nı bu planı hazırlayanlar üçün "əsrin uğursuzluğu" adlandırdı: "Bu gün sadəcə Fələstin xalqı deyil, bütün məntəqə əleyhinə fitnə mövcuddur". 

Mübarək Ramazan ayının son cüməsi İran İslam Respublikasının banisi İmam Xomeyni(rə) tərəfindən Ümumdünya Qüds Günü elan olunub. Qüds günü bu il 31 may 2019-cu il tarixinə təsadüf edir. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ