SON DƏQİQƏ
» » Ruhani: Suriyanın tam təhlükəsizliyə malik olması İranın önəmli regional məqsədlərindəndir

Ruhani: Suriyanın tam təhlükəsizliyə malik olması İranın önəmli regional məqsədlərindəndir

Tarix:

6-02-2019, 20:30

/ 10 230 dəfə oxundu.
Ruhani: Suriyanın tam təhlükəsizliyə malik olması İranın önəmli regional məqsədlərindəndir

İran İslam Respublikası prezidenti Həsən Ruhani Tehran-Dəməşq münasibətlərini iki dost və qardaş ölkə arasındakı möhkəm və səmimi əlaqələr adlandırıb və deyib: İran İslam Respublikasının önəmli regional məqsədlərindən və xarici siyasət prioritetlərindən biri Suriyanın tam sabitlik və təhlükəsizliyə malik olmasıdır.

İRİB-nin verdiyi məlumata görə, Həsən Ruhani çərşənbə günü Tehranda Suriyanın xarici işlər naziri Vəlid Müəllim ilə görüşdə Suriya dövləti və xalqını terrorizm ilə mübarizədəki qələbələrinə görə təbrik edərək, deyib: ABŞ-ın başçılıq etdiyi fitnə planı ilə mübarizədə əldə edilən qələbə Suriya dövləti və xalqı habelə, bütün region üçün böyük bir qələbədir.

Ruhani əlavə edib: Hazırkı məqamda problemlərin öhdəsindən gəlmək üçün iki ölkə arasında sıx əməkdaşlığa və ahəngdarlığa ehtiyac var.

İran prezidenti daha sonra birinci müavini İshaq Cahangirinin Dəməşqə olan son səfərini səmərəli və önəmli adlandırıb.

Suriyanın xarici işlər naziri Vəlid Müəllim də bu görüşdə İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümünü təbrik edərək, terrorizm ilə mübarizədə Suriya dövləti və xalqını dəstəklədiyi üçün İran dövləti və xalqına təşəkkür edib.

Vəlid Müəllim İran İslam Respublikasının ABŞ-ın fitnələrini zərərsizləşdirmək qüdrətinə malik olduğunu sübut etdiyini deyərək, əlavə edib: Şühbəsiz İran İslam Respublikasının düşmənlər qarşısındakı uğurları bütün region və Suriya üçün böyük nailiyyət sayılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ