
Ukraynanın Rivne əyalətində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində Silahlı Qüvvələrin briqada komandiri də daxil olmaqla, 4 nəfər həlak olub.
GunAz.az xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunları informasiya yayıb.
Məlumata görə, helikopterlə mayın 29-da əlaqə itib. Qəza Sestryatin kəndi yaxınlığında baş verib.
Hadisə yerinə Ukrayna Müdafiə Nazirliyinin, Baş Qərargahın və Quru Qoşunları Komandanlığının komissiyası gedib.
Faktla bağlı araşdırma başladılıb.