SON DƏQİQƏ

Təlim zamanı qəza: 2 israil hərbiçisi öldü

Tarix:

27-09-2017, 12:12

/ 719 dəfə oxundu.
Təlim zamanı qəza: 2 israil hərbiçisi öldü

İsrail hərbçiləri Hollan təpələrində hərbi təlim keçirən zaman zirehli texnikanın qəzaya uğraması nəticəsində iki hərbçi ölüb, 2-sinin vəziyyəti ağır olmaqla 4 əsgər yaralanıb.

GUNAZ.az report-a istinadən xəbər verir ki, bu haqda TSAXAL-ın mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, ölən zabit və əsgər 411-ci taburda xidmət edirmiş.
Məlumata görə, hadisənin araşdırılması ilə bağlı komissiya yaradılıb. İsrail Müdafiə Ordusunun quru qoşunları komandanı general-mayor Kobi Barak komissiyaya briqada generalı Mordehaem Kahanı sədr təyin edib. Hərbi təlim növbəti həftəyədək dayandırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ