SON DƏQİQƏ
» » Helikopterin qəzası nəticəsində 13 hərbçinin öldüyü təsdiqlənib

Helikopterin qəzası nəticəsində 13 hərbçinin öldüyü təsdiqlənib

Tarix:

1-06-2017, 07:45

/ 3 641 dəfə oxundu.
Helikopterin qəzası  nəticəsində 13 hərbçinin öldüyü təsdiqlənib

Türkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib.
GUNAZ.az -ın "Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 20:55 radələrində "Cougar” markalı helikopter Uludərə rayonundakı Şenoba bölgəsində elektrik xəttinə toxunaraq yerə düşüb.
Məlumata görə, axşam saatlarında havaya qalxan və içərisində Sərhəd Diviziya komandiri, general-mayor Aydoğan Aydın, eləcə də polkovnik və polkovnik-leytenantların da olduğu hərbi helikopterlə İraq sərhədində əlaqə kəsilib. Bir müddət sonra helikopterin qəzaya uğradığı müəyyən edilib. Hadisə yerinə helikopter və zirehli vasitələrlə çox sayda əsgər və təcili yardım briqadaları cəlb edilib. Türkiyənin müdafiə naziri Fikri İşıq  hadisə yerinə yollanıb. Hadisə ilə əlaqədar araşdırma davam edir.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ