Portuqaliyanın Müdafiə naziri Joao Qomeş Kravinyo dənizin əsrlər boyu ölkəsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq deyib ki, müasir təhdidlər qarşısında Portuqaliyaya yaxşı təchiz olunmuş hərbi dəniz donanması lazımdır.
GunAz.az Azərtac-a istinadən xəbər verir ki, J.Q.Kravinyo bu sözləri Koimbredə Hərbi Dəniz Donanması Günü təntənələrində iştirakı zamanı jurnalistlərə müsahibəsində söyləyib. Yaxın 12 ildə dövlətin donanmanın yenilənməsi sahəsində ciddi addımlar atacağını qeyd edən nazir deyib:“Biz donanmamızın potensialını möhkəmləndirəcəyik. Bu gün Portuqaliyada bizim XXI əsrin cəmiyyəti kimi inkişafımızda və beynəlxalq aləmdə ölkəmizin nüfuzunun möhkəmlənməsində dənizin oynayacağı əsas rolla bağlı geniş konsensus mövcuddur. Bu gün dəniz bizim üçün innovasiyalar və inkişaf məkanıdır və əsas strateji aktivlərdən biridir”.