SON DƏQİQƏ
» » Ukraynadakı seçkilərdən kim qalib ayrılacaq?Qərb, yoxsa Rusiya?

Ukraynadakı seçkilərdən kim qalib ayrılacaq?Qərb, yoxsa Rusiya?

Tarix:

11-02-2019, 12:54

/ 10 235 dəfə oxundu.
Ukraynadakı seçkilərdən kim qalib ayrılacaq?Qərb, yoxsa Rusiya?

Ukrayna gərgin siyasi mübarizə astanasındadır. Söhbət bu ölkədə keçiriləcək prezident seçkilərindən gedir.

Hazırda Ukraynada keçiriləcək prezident seçkilərini sadə ukraynalılardan daha çox Rusiya və Qərb, Birləşmiş Ştatlar və Avropa düşündürür, maraqlandırır desək yanılmarıq. Xüsusilə də, Qərbi Ukraynanın gələcək prezidentinin kimliyi daha çox maraqlandırır. Çünki Qərb Kırım böhranından sonra Rusiyanın bu ərazilərə nəzarət etməsi ilə Qərb heç cür barışa bilmir və mümkün qədər Ukraynadan Rusiyanı sıxışdırıb çıxarmağa çalışır. Bu mənada prezident seçkiləri Qərb üçün əlverişli situasiyadır desək yanılmarıq. Ona görə də Qərb Ukraynada onun maraqlarına xidmət edəcək namizədə stavka etməyi düşünür və həmin namizədə dəstək nümayiş etdirir. Öz növbəsində Rusiya da Ukraynadakı prezident seçkilərinə hazırlıq prosesini diqqətlə izləyir. Moskva da Qərb ilə bərabər Ukraynada Kremlin maraqlarına xidmət edəcək namizədə dəstək nümayiş etdirir. Və belə görünür ki, Ukrayna növbəti dəfə Qərb və Rusiyanın mübarizə poliqonuna çevrilir. Yəni, bu ölkədəki prezident seçkiləri Qərb və Rusiyanın Ukrayna uğrunda mübarizəsinin növbəti mərhələsidir. Ancaq digər bir versiya da var ki, bu dəfə sadə ukraynalılar nə Qərb, nə də Rusiyanın namizədinə etimad göstərməyəcək. Bir qədər də dəqiqləşdirsək ukraynalılar müstəqil, heç bir tərəfi tutmayan, yalnız Ukraynanı düşünən namizədi prezident seçəcəklər. Bu variantın reallaşması isə Ukrayna üçün heç də uğurlu olmayacaq. Əksinə Kiyev yeni-yeni problemlərlə üzləşəcək.

Bəs görəsən Ukraynada keçiriləcək prezident seçkilərindən kim qalib ayrılacaq? Qərb, Rusiya, yoxsa sadə ukraynalılar?

Ukraynada keçiriləcək prezident seçkiləri ərəfəsində cərəyan edən prosesləri təhlil edən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, sözügedən ölkədə prezident seçkiləri yaxınlaşdıqca namizədlər arasında mübarizə həlledici mərhələyə keçir. Onun sözlərinə gör, burada əsasən namizədlərin xarici siyasəti, bütövlükdə Donbas münaqişəsinin həlli, Qərbə inteqrasiya və Rusiya ilə münasiblətlərdə tutacaqları mövqelər xüsusi əhəmiyyət kəsb edir. Politoloq bildirib ki, Birləşmiş Ştatlar hazırkı prezident Pyotr Poroşenkonun qalib gəlməsində maraqlıdır: "Baxmayaraq ki, daxili siyasətdə bir sıra problemlər var, amma xarici siyasətdə Poroşenko Qərbin maraqlarını təmin edib və ölkəsinin Rusiya ilə mübarizədə önəmli rolunu artırıb, ordunun döyüş və intizamını yüksəldib. Həmçinin strareji olaraq NATO-ya inteqrasiya kursunu konustitutsiyada təsbit etdirməsi, bu və ya digər önəmli siyasət onun dəstəklənməsinə zəmin yaradır". Məhəmməd Əsədullazadə hesab edir ki, prezident seçkilərində iki namizəd arasında kəskin rəqabət olacaq: "Bunlardan biri

hazırkı prezident Poroşenko, digəri Yiliya Timoşenkodur. Yuliya Timoşenkonun daxili reytinqi bir qədər yüksək olsa da, qalib gəlmək şansı Poroşenkoya nisbətdə aşağıdır. Çünki, Yuliya Timoşenko Viktor Yankoviçin vaxtında baş nazir kimi Rusiya ilə əlaqələrə önəm verib. Ukraynalılar isə hazırda antiRusiya əhval-ruhiyyəsindədir. Yuliya Temoşenko əsasən rus dilli etniklərin və Ukraynanın qərbində yaşayan etnik macarların səsini alması gözlənilə bilər. Amma, Qərbdə xüsusilə Birləşmiş Ştatlarda ona şübhəli yanaşılır.

Moskva Yuliya Timoşenkonun qələbə çalamasında maraqlıdır. Çünki, Yuliya Timoşenko vasitəsi ilə tədricən Ukrayna siyasətinə yenidən sirayət edib, ölkədə siyasi dayaqlarını gələcək perspektivdə möhkəmləndirib, öz adamını hakimiyyətə gətirə bilər. Bu seçkilərdə Qərb Poroşenkonu, Kreml isə gizli şəkildə Temoşenkonu dəstəkləyəcək". Politoloq deyib ki, bu seçkilərdə Ukrayna Ali Radasının (parlament) keçmiş deputatı, ölkənin Fiskal Xidmətinin keçmiş rəisi, milliyətcə azərbaycanlı Roman Mikayıl oğlu Nəsirov da namizəddir: "Reytinqi aşağı olsa da, azərbaycanlıların siyasi aktivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir".

Göründüyü kimi Ukrayna yenidən Birləşmiş Ştatlar və Rusiya arasında siyasi rəqabət meydanına çevrilir. Pooşenkonun növbəti qələbəsi Rusiya ilə məsafələrin daha da uzaqlaşması deməkdir. Bu da Donbas da yenidən müharibənin alovlanmasına gətirib çıxara bilər. Rusiya artıq artilleriya və tank birləşmələrini Ukrayna ilə sərhəddə yerləşdirib, buradan separtçılara dəstək üçün göndərəcək. Qeyd edim ki, ötən gün Rusiyanın Krımda "S-400" raketindən atış təlimi keçirməsi Birləşmiş Ştatların Ukrayna siyasətinə mesajı idi".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ