SON DƏQİQƏ
» » Rusiya Ukraynadakı seçkiləri tanımayacağının anonsunu verdi

Rusiya Ukraynadakı seçkiləri tanımayacağının anonsunu verdi

Tarix:

9-02-2019, 12:40

/ 10 197 dəfə oxundu.
Rusiya Ukraynadakı seçkiləri tanımayacağının anonsunu verdi

“Rusiya vətəndaşlarının Ukraynada keçirilən prezident seçkilərinə müşahidəçi qismində qatılmasının qadağan edilməsi bizə haqq verir ki, bu seçkiləri tanımayaq”.

GunAz.az-ın rus KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə rusiyalı senator Aleksey Puşkov bildirib.

“Rusiyalı müşahidəçilərin seçkilərdə iştirakının qadağan edilməsini nəzərdə tutan qanun layihəsinin qəbulu ilə Ukrayna beynəlxalq öhdəlikləri pozdu. Heç bir sanksiya olmayacaq. Lakin bu seçkiləri tanımamaq üçün hər cür haqqımız var. Buna xeyli səbəb var”, - deyə Puşkov bəyan edib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Petro Poroşenko daxil olmaqla 44 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ