SON DƏQİQƏ
» » Kontr-admiral Səyyari: İran regionun başlıca oyunçusuna çevrilib

Kontr-admiral Səyyari: İran regionun başlıca oyunçusuna çevrilib

Tarix:

6-02-2019, 21:35

/ 10 242 dəfə oxundu.
Kontr-admiral Səyyari: İran regionun başlıca oyunçusuna çevrilib

İran ordusunun baş komandan müavini: Bu gün İran İslam Respublikası regionda əsas oyunçudur və heç bir ölkə İranın iştirakı və ya istəyi olmadan regionda hansısa adddım ata bilməz.

İRİB-nin bildirdiyinə görə, İran ordusunun baş komandan müavini kontr-admiral Həbibullah Səyyari çərşənbə günü "İran İslam Respublikası ordusunun 40 il iqtidarı" adlı toplantıda deyib: Dünya imperializmi İrandakı qanunsuz maraqlarından və mənafeyindən məhrum olduqdan sonra İnqilabı məğlub etməyə və yenidən İrana qayıtmağa çalışdı. 

Səyyari Tehranda, Müqəddəs Müdafiə muzeyində keçirilən mərasimdəki çıxışının davamında dedi: İran İslam Respublikası düşmənlərin təhdidlərinə və problemlərinə rəğmən düşmənləri məğlub etməyi bacarıb və öz yolunu başucalığı ilə davam etdirir. 

İran ordusunun baş komandan müavini  daha sonra İran İslam Respublikasının dünyadakı mövqeyinin yaxşılaşdığına işarə edərək, deyib: İslam İnqilabından öncəki illlərdə Beynəlxalq Quruluşda İran belə bir mövqeyə malik deyildi. Amma, bu gün heç kim İranın malik olduğu mövqeyi inkar etməyə qadir deyil. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ