SON DƏQİQƏ
» » Maduro: Venesuelanı Amerikanın Vyetnamına çevirərik

Maduro: Venesuelanı Amerikanın Vyetnamına çevirərik

Tarix:

5-02-2019, 20:16

/ 10 193 dəfə oxundu.
Maduro: Venesuelanı Amerikanın Vyetnamına çevirərik

Venesuela prezidenti ABŞ-ın ölkəsinə qarşı hərbi müdaxilə ehtimalına reaksiya olaraq deyib: ABŞ belə bir addım atarsa, Vyetnamda olduğu kimi bir savaşa daxil olmuş olacaq.

GunAz.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro "La Sexta" kanalına verdiyi eksklüziv müsahibədə ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Venesuelaya hərbi müdaxiləsi ehtimalı barədə səsləndirdiyi fikirlərə reaksiya olaraq Trampa xitabən deyib: Böyük səhvə yol verirsən. Öz prezidentlik dövrünü əllərin qan içində başa vuracaqsan. 

Nikolas Maduro ABŞ hökuməti xüsusilə də prezident Trampın Venesuelanı Latın Amerikasının Vyetnamına çevirmək niyyətində olduğunu deyib. 

Ağ Ev Venesuelanın daxili məsələlərinə aşkar müdaxiləsində bu ölkə müxalifətinin lideri Xuan Quaydonu rəsmən dəstəklədiyini bildirərək, Karakası hərbi müdaxilə ilə təhdid edib. 

скачать dle 12.1

Şərhlər