SON DƏQİQƏ
» » Maduro müxaliflərin lideri ilə mübarizə üçün qüdrət nümayiş etdirib

Maduro müxaliflərin lideri ilə mübarizə üçün qüdrət nümayiş etdirib

Tarix:

28-01-2019, 17:10

/ 10 231 dəfə oxundu.
Maduro müxaliflərin lideri ilə mübarizə üçün qüdrət nümayiş etdirib

Venesuela ordusu bu ölkənin prezidenti Maduronun hüzurunda parad keçirərək, ona öz dəstəyini vurğulayıb.

GunAz.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro dünən bu ölkənin müdafiə naziri Vladimir Padrionun onun kənarında dayandığı bir halda hərbçilərin paradını qəbul edib və belə deyib:

Maduro:

Bu mərasim ordunun dövlətə qətiyyətli dəstəyini dünyaya göstərir. Biz fevralın onundan on beşinədək keçiriləcək Venesuela tarixinin ən mühüm manevrini təşkil etməyə hazırlaşırıq. Biz öz hərbi gücümüzü sərgiləcəyik!

Bugünkü parad elə bir halda keçirilibdir ki, cari böhranın başlanmasından bəri müxaliflərə qoşulmaları üçün sosial şəbəkələr vasitəsilə Kolumbiyadan venesuelalı əsgərlər üçün çoxlu sayda mesajlar göndərilməkdədir.

Venesuela ordusunun Maduroya dəstək istiqamətindəki paradı elə bir şəraitdə keçirilbdir ki, bu ölkənin qondarma prezidenti Xuan Quaydo dünən gecə bir telekanalda olaraq göstərdi ki, hələ də xalqın himayəsi röyasındadır. O, etiraf edibdir ki, beynəlxalq himayələrə rəğmən, Maduronu kənarlaşdırmaq üçün ordunun dəstəyinə ehtiyac duyur.

Quaydo:

Biz çərşənbə günü saat 14-də ordunu xalqa qoşulmağa çağırmaq üçün küçələrə çıxacağıq. Biz həmçinin Avropa tərəfindən təyin olunmuş möhlətə dəstək üçün şənbə günü böyük bir aksiyanın keçirilməsini istəyirik.

Quaydo ötən həftə Ağ Ev-in koordinasiyası ilə özünü Venesuelanın qondarma prezidenti kimi təqdim etdi və dərhal ABŞ prezidenti Donald Tramp tərəfindən dəstək aldı.

Belə bir halda, Venesuela prezidenti Nikolas Maduro avropalı qüdrətlər tərəfindən təyin olunmuş möhləti rədd edib.

Maduro:

Avropalı qüdrətlər tərəfindən təyin olunmuş möhlət bu ölkə xalqına qarşı aşkar təhqirdir. Amma mən ölkədə mövcud olan böhranın həlli üçün müxaliflərin lideri Quaydo və hətta onların ən mühüm himayədarı olan Amerika ilə müzakirə masası arxasına keçməyə hazıram.

 

скачать dle 12.1

Şərhlər