SON DƏQİQƏ

Viktor Yanıkoviç 13 il həbsə məhkum edildi

Tarix:

25-01-2019, 17:48

/ 10 367 dəfə oxundu.
Viktor Yanıkoviç 13 il həbsə məhkum edildi

Kiyev məhkəməsi cümə axşamı bu ölkənin keçmiş prezidenti Viktor Yanıkoviçi ölkəyə xəyanət etmək və Rusiyanın Ukraynaya hücumunda Moskva ilə əməkdaşlıq etməkdə günahkar bilərək, barəsində 13 il həbs qərarı çıxardıb.

Yanıkoviç 2014-cü ildə hakimiyyətdən kənarlaşdırıldıqdan sonra Rusiyaya qaçıb. Kiyevin Ulyanov Rayon Məhkəməsi qiyabi surətdə keçmiş prezidenti 13 il həbsə məhkum edib.

GunAz.az xəbər verir ki, Çin xəbər agentliyinin bildirdiyinə görə, prokurorlar Yanıkoviçi 2014-cü ildə Rusiyadan Ukraynaya hərbi qüvvə göndərməsini istəməsinə görə vətənə xəyanətdə ittiham ediblər. Buna baxmayaraq, Yanıkoviç Rusiya ilə əlbir olaraq,  Ukraynanın ərazi bütövlüyünə zərbə vurmaq və bir çox insanın ölümünə səbəb olmaq ittihamından bəraət alıb. Yanıkoviçin vəkili Aleksandr Qruşinski məhkəmə qərarı ilə bağlı daha  yuxarı instansiyalara apelyasiya şikayəti verəcəyini bildirib.

Viktor Yanıkoviç 2010-cu ildə Ukrayna prezidenti seçilib. O, Ukraynanın Avropa Birliyinə üzvlüyü anlaşmasını imzalamaqdan imtina etməsinin ardınca 2014-cü ilin fevralında bir neçə ay davam edən xalq etirazlarının sonunda Ukrayna parlamenti tərəfindən impiçment edildi.

2014-cü il 14 mart tarixində Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin Yanıkoviçin Rusiyaya ünvanladığı məktubun nüsxəsini BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinə təqdim etdi. Bu məktubda Yanıkoviç Rusiyadan onu hakimiyyətə qaytarması üçün öz qoşunlarını Ukraynaya göndərməsini istəmişdi.

скачать dle 12.1

Şərhlər