SON DƏQİQƏ

Baş katib jurnalistlərə hücumları pislədi

Tarix:

15-01-2019, 10:38

/ 10 189 dəfə oxundu.
Baş katib  jurnalistlərə hücumları pislədi

Avropa Şurası (AŞ) Fransada jurnalistlərə qarşı edilən hücumları pisləyib.

GunAz.az bildirir ki, Avropa Şurasının baş katibi Törbyorn Yaqland Fransada “sarı jiletlilər"in aksiyaları zamanı son həftələr jurnalislərin iş şəraitinin pisləşməkdə davam etdiyini bildirib.

O, peşə vəzifələrini yerinə yetirən mətbuat nümayəndələrinə qarşı təhdidləri və hücumları qəti surətdə pisləyib.

"Öz peşəsini yerinə yetirən jurnalistlərə hücum etmək demokratiyaya hücum etmək deməkdir. Azad şəkildə sözünü demək, aksiya keçirmək hüququna malik olmaq bu cür zorakılıq və nifrətin aşıb-daşması üçün bəhanə ola bilməz", - deyə o bildirib.

Daha əvvəl Avropa Şurasının baş katibi vəzifəsinə namizədliyin irəli sürülməsinin müddəti başa çatıb.(Report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ