SON DƏQİQƏ

Çindən şok plan: 23 milyonluq türk "ordusu"

Tarix:

14-01-2019, 09:01

/ 10 177 dəfə oxundu.
Çindən şok plan: 23 milyonluq türk "ordusu"

Çin hökuməti əksəriyyəti uyğur türklərindən ibarət olan 23 milyon müsəlmanın Kommunist Partiyasına sadiq çinlilər kimi yetişməsi üçün kurs mərkəzləri yaradıb.

Axar.az xəbər verir ki, "Röyter" agentliyi Çinin müsəlman türkləri kommunist əqidə ilə yetişdirilməsi üçün nəzərdə tutulan düşərgə və kurslarda araşdırma aparıb.

Agentiyə müsahibə verən uyğurlar bu düşərgəyə öz istəkləri ilə gəldiklərini və "radikal düşüncə"dən xilas olmaq istədiklərini bildiriblər.

Qeyd edək ki, bir qədər əvvəl rəsmi Pekinin nəzarətində olan Çin İslam Cəmiyyətində "Çin İslamı" ideyası ilə bağlı müzakirələr getmiş və ölkənin müsəlman toplumuna "sosialist dəyərlərin" tədris olunacağı açıqlanmışdı.

скачать dle 12.1

Şərhlər