SON DƏQİQƏ
» » Taliban şərt irəli sürdü - ABŞ ölkədən çıxsın

Taliban şərt irəli sürdü - ABŞ ölkədən çıxsın

Tarix:

7-01-2019, 12:31

/ 10 220 dəfə oxundu.
Taliban şərt irəli sürdü - ABŞ ölkədən çıxsın

Taliban sülh danışıqları üçün əsas şərtin ABŞ-ın Əfqanıstandan çıxması olduğunu elan edib.

Teleqraf.com xəbər verir ki, bunu Talibanın sözçüsü Zabihullah Mücahid deyib.

Sözçü İranın Entekhab xəbər saytına danışıb.

Mücahid bildirib ki, Taliban ABŞ-ın Əfqanıstanda mülki insanlara istiqamətli hücumlarına heç bir halda səssiz qalmayacaq:

“Sülh danışıqları üçün ilk şərtimiz ABŞ-ın Əfqanıstanı tərk etməsidir. Kabil hökuməti əslində ABŞ tərəfindən qurulan hökumətdir. ABŞ-ın nəzarəti altında olan bu hökumətlə sülh danışıqları aparmağın heç bir mənası yoxdur. ABŞ-ın Əfqanıstandakı mövcudluğu əslində qonşu ölkələri də təhdid edir. Biz ABŞ-ın ölkəmizdəki mövcudluğuna sona vermək üçün qonşu ölkələrlə təmas halındayıq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ