Taliban şərt irəli sürdü - ABŞ ölkədən çıxsın
Taliban sülh danışıqları üçün əsas şərtin ABŞ-ın Əfqanıstandan çıxması olduğunu elan edib.
Teleqraf.com xəbər verir ki, bunu Talibanın sözçüsü Zabihullah Mücahid deyib.
Sözçü İranın Entekhab xəbər saytına danışıb.
Mücahid bildirib ki, Taliban ABŞ-ın Əfqanıstanda mülki insanlara istiqamətli hücumlarına heç bir halda səssiz qalmayacaq:
“Sülh danışıqları üçün ilk şərtimiz ABŞ-ın Əfqanıstanı tərk etməsidir. Kabil hökuməti əslində ABŞ tərəfindən qurulan hökumətdir. ABŞ-ın nəzarəti altında olan bu hökumətlə sülh danışıqları aparmağın heç bir mənası yoxdur. ABŞ-ın Əfqanıstandakı mövcudluğu əslində qonşu ölkələri də təhdid edir. Biz ABŞ-ın ölkəmizdəki mövcudluğuna sona vermək üçün qonşu ölkələrlə təmas halındayıq”.