SON DƏQİQƏ
» » Paşinyanın Türkiyə bəyanatının – İç üzü

Paşinyanın Türkiyə bəyanatının – İç üzü

Tarix:

28-12-2018, 08:47

/ 10 239 dəfə oxundu.
Paşinyanın Türkiyə bəyanatının – İç üzü

Paşinyanın Türkiyəni danışıqlara dəvət etməsi tamamilə başqa məqsədlərə xidmət edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

“Paşinyan sələflərinin daha öncə Türkiyə rəhbərliyinə həmin sorğularla müraciət etdiyini çox yaxşı bilirdi. Bu fonda Ankaranın cavabı Nikol üçün heç də təəccüb doğurmadı. Paşinyanın əsas qayəsi beynəlxalq aləmdə səs salmaq, xüsusilə də Qərb dünyasını Türkiyəyə təzyiq göstərməyə sövq etməkdir. Ancaq Türkiyə kənar qüvvələrin dediyi ilə oturub-duracaq qədər zəif dövlət deyil. Paşinyanın ikinci məqsədi səsləndirdiyi imperativləri alver predmetinə və ya dolayı təsir vasitəsinə çevirməkdir. Ancaq görünür, Ermənistan Azərbaycanın Türkiyənin ən sınaqdan çıxmış və etibarlı müttəfiqi olduğunu unudub”, – T.Abbasov bildirib.

Politoloq qeyd edib ki, Paşinyanın Türkiyə ilə bağlı son bəyanatı onun qeyri-profesionallığından, naşılığından xəbər verən bir göstəricidir:

“Çünki səriştəli siyasət adamları heç vaxt boşluğa doğru addım atmırlar. Nikolun əvvəlcədən səmərəsiz olacağını bilə-bilə belə bəyanat verməsi onun səs-küylü fəaliyyətinin nəticəsiz qaldığını göstərir”.

Qeyd edək ki, Paşinyan Türkiyə ilə əlaqələrin yaradılması üçün heç bir ilkin şərt irəli sürülmədən danışıqlara hazır olduğunu bəyan edib. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu isə Ermənistanın işğal etdiyi ərazilərdən hərbçilərinin çıxarılmasının danışıqların başlaması üçün şərt olduğunu açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ