SON DƏQİQƏ
» » “Beşinci kalon” hərəkətə keçir – İrəvanda qarşıdurma

“Beşinci kalon” hərəkətə keçir – İrəvanda qarşıdurma

Tarix:

27-12-2018, 22:08

/ 10 286 dəfə oxundu.
“Beşinci kalon” hərəkətə keçir – İrəvanda qarşıdurma

“Ermənistanda parlament seçkilərindən sonra da siyasi vəziyyət sabitləşmir. Seçkilərdə məğlub olan “Qarabağ klanı” ilə qalib Nikol Paşinyan tərəfdarları arasında gərgin mübarizə davam edir”.

Bunu GunAz.az-a açıqlamasında politoloq Vasif Əfəndi deyib.

Ekspert bildirib ki, Rusiyaya bağlı “5-ci kalon” öz varlığını qoruyub-saxlamaq üçün yenidən hərəkətə keçməyə məcburdur:

“Rusiya da bu qüvvəyə dəstəyini əsirgəməyəcək. Paşinyanın tam qələbəsindən sonra bu klanın üzvlərinin cəzalandırılacağı da şübhəsizidir. Respublikaçı Partiyasının mətbuat katibi Edurad Şarmazanovun Paşinyanla bağlı “qüsur siyahısı” bəzi həqiqətləri ortaya qoysa da, bu faktlar Ermənistanın varlığını qorumaq üçün atılan məcburi addımlardır.

Xüsusən də, Dağlıq Qarabağla bağlı məsələdə Paşinyanın güzəştə getməsi qaçılmazdır. Paşinyanın rusiyapərəst qüvvələr üzərindəki total qələbəsi “5-ci kalon”u yenidən hərəkətə keçməyə vadar edir. Onun bu klanın üzvlərini cəzalandırmaq cəhdlərinə cavab olaraq, Rusiya Ermənistanı öz təsir dairəsində saxlamaq səylərini davam etdirəcək. Bu səbədən də Paşinyana təzyiqlər artmaq üzrədir”.

Vasif Əfəndi hesab edir ki, təzyiqlər qarşısında qalmış Nikol Paşinyan bu məqsədlə Rusiyaya səfər edib:
“Onun bu səfər çərçivəsində Putinə müəyyən güzəştlər barədə söz verəcəyi gözləniləndir. Lakin bütün bunlar blefdir. Nə Rusiya öz təyiqini dayandıracaq, nə də Paşinyan qərbyönümlü siyasətindən əl çəkəcək. Artıq Paşinyan hökuməti Avropa İttifaqı ilə çoxsaylı müqavilələr imzalamaq yönündə hərəkətə keçib. Yaxın zamanlarda Avropa Birliyi ölkələri ilə viza rejiminin ləğv edilməsi barədə sənədlər imzalanacaq. Bundan sonra Qərb dairələri Ermənistan iqtisadiyyatını Avropa standartlarına uyğunlaşdırmaq üçün Qərbdən 50 milyard dollara qədər yatırım və ya yardım almaq planlarını həyata keçirməyə çalışacaq.

Hesab edirəm ki, Şarmazanovun Paşinyan hökumətinin fəaliyyətində sadaladığı qüsurlar həqiqət olsa da, bunlar keçid dövrü üçün qaçılmazdır. Çünki təpədən dırnağa qədər korrupsiyalaşmış bir sistemi dəyişmək mümkünsüzdür. Bunun üçün ilk növbədə çoxlu maliyyə və dəstək lazımdır”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ