SON DƏQİQƏ
» » ABŞ Konqresi “Meksika divarının” tikintisinə pul ayırdı

ABŞ Konqresi “Meksika divarının” tikintisinə pul ayırdı

Tarix:

21-12-2018, 12:00

/ 10 187 dəfə oxundu.
ABŞ Konqresi “Meksika divarının” tikintisinə pul ayırdı

ABŞ-ın Nümayəndələr palatası Donald Trampın ideyası əsasında qanunsuz miqrantların qarşısını almaq məqsədilə Meksika sərhədində divarın inşasına büdcədən altı milyard dollara yaxın vəsaitin ayrılmasına razılıq verib.

GunAz.az TASS-a istinadən xəbər verir ki, bu maliyyələşmə Konqresin Nümayəndələr palatasının “Federal hökumətin işinin 8 fevral 2019 tarixinə kimi davam etdirilməsi və maliyyələşdirilməsi” haqqında qanun layihəsində təsbit olunub.

Sənədə əsasən, Meksika ilə sərhəddə tikinti işlərinin aparılmasına 5, 7 milyard dollar vəsait ayrılacaq.

Qanun layihəsinin qüvvəyə minməsi ABŞ Senatının müzakirəsinə çıxarılacaq. Senat tərəfindən təsdiqlənəcəyi təqdirdə prezident tərəfindən imzalanması üçün Ağ Evə göndəriləcək.

скачать dle 12.1

Şərhlər