SON DƏQİQƏ
» » ABŞ-da “Milad xaosunun” qarşısı alındı: Müvəqqəti büdcə qəbul olunub

ABŞ-da “Milad xaosunun” qarşısı alındı: Müvəqqəti büdcə qəbul olunub

Tarix:

20-12-2018, 10:40

/ 10 218 dəfə oxundu.
ABŞ-da “Milad xaosunun” qarşısı alındı: Müvəqqəti büdcə qəbul olunub

ABŞ Senatı fevralın 8-nə (2019) kimi müvəqqəti federal büdcəni təsdiq edib. Demokratlar və Respublikaçılar Meksika sərhədində divarın inşasının maliyyələşməsi ilə bağlı düşən ixtilaflar fonunda hökumət qurumlarının fəaliyyətinin dayanmaması üçün kompromisə gəlməli olublar.

GunAz.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və federal hökumət yeni maliyyə ilinin büdcəsi ilə bağlı razılaşa bilmirlər.

Belə ki, Tramp Meksika sərhədi boyunca hündür divarın inşası üçün dövlət büdcəsindən beş milyard dollar vəsaitin ayrılmasını istəyir. Demokratlar yalnız 1,3 milyard dolların ayrılmasına razılıq verir.  

Müvəqqəti büdcəyə əsasən, dövlət  sərhədinin qorunması üzrə maliyyələşmə 8 fevral 2019-cu ilə qədər olduğu kimi davam edəcək və əlavə vəsait ayrılmayacaq. Amerika Konqresi büdcəni tam təsdiq edəcəyi təqdirdə, Meksikadan miqrant axınının kəskin əleyhdarı olan Trampın bu məsələdə məğlub olduğu anlamına gələcək.

Müvəqqəti büdcə ilə bağlı qanun layihəsini indi nümayəndələr palatası nəzərdən keçirəcək. Cümə gününə kimi isə Donald Tramp sənədi təsdiq etməlidir. Əks təqdirdə maliyyələşmənin dayanması ilə əlaqədar ABŞ dövlət orqanlarında çalışan 800 minə yaxın işçi məvacibsiz, ən pis halda isə işsiz qalacaq

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ