SON DƏQİQƏ
» » İsrail tuneli partlatdı: Bu, hələ başlanğıcdır

İsrail tuneli partlatdı: Bu, hələ başlanğıcdır

Tarix:

9-12-2018, 11:00

/ 10 226 dəfə oxundu.
İsrail tuneli partlatdı: Bu, hələ başlanğıcdır

İsrail-Livan sərhədində aparılan araşdırmalar zamanı daha bir yeraltı tunel aşkar edilib.

GunAz.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə Nazirliyinin sözçüsü Ronen Manlis deyib. O bildirib ki, İsrail ordusu “Şimal qalxanı” əməliyyatı çərçivəsində Hizbullaha aid yeni tuneli artıq partladıb:

"Sözügedən tunel bölgədə yaşayan israillilərin həyatı üçün artıq heç bir təhlükə yaratmır. Tunel partladılıb və istifadəyə yararsızdır. Məsələ nəzarətdə saxlanılır".

İsrailin Baş naziri Benyamin Netanyahu da məsələ ilə bağlı açıqlamasında İsrail ordusuna uğurlar arzulayıb:

"İsrail ordusu və təhlükəsizlik qüvvələri şimalda böyük uğurla fəaliyyət göstərməyə davam edir. Hizbullahın tunel silahını aradan qaldırırlar. "Şimal qalxanı" hələ başlanğıcdır. Ordumuza səbir diləyirəm".

Qeyd edək ki, bir neçə gün öncə də BMT İsrail-Livan sərhədində aparılan araşdırmalar zamanı yeraltı tunel aşkar edildiyini bildirmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ