SON DƏQİQƏ
» » “Amazon” anbarında robot “təxribatı”: 20 nəfər xəstəxanalıq oldu

“Amazon” anbarında robot “təxribatı”: 20 nəfər xəstəxanalıq oldu

Tarix:

8-12-2018, 19:13

/ 10 250 dəfə oxundu.
“Amazon” anbarında robot “təxribatı”: 20 nəfər xəstəxanalıq oldu

“Amazon” şirkətinin Robinsvil şəhərində ( Nyu-Cersi ştatı) yerləşən anbarında qeyri-adi qəza baş verib. Robot içində ayıları qorxutmaq üçün istifadə olunan kimyəvi maddənin olduğu balonu aşırıb. Sprey şəklində olan həmin maddə tənəffüslə bağlı problemlərə və müvəqqəti korluğa səbəb olur.

GunAz.az xəbər verir ki, bu haqda “Engadget”  məlumat yayıb.

Hadisə nəticəsində maddə yaxınlıqda olan insanların tənəffüs yoluna gedib və işçilərin halı pisləşib. 20-dən çox şirkət əməkdaşının xəstəxanaya yerləşdirildiyi bildirilir. Qəzanın baş verdiyi anbarda 3000-ə yaxın insan çalışır.

Amerikanın “ABC News” telekanalı zərərçəkənlərdən birinin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını deyib. Daha üç nəfərə yerində ilkin tibbi yardım göstərilib.

“Amazon” hadisənin təfərrüatını açıqlamasa da, mediya nümayəndəsi hadisəni içəridə olan robotlardan birinin törətdiyini təsdiqləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ