SON DƏQİQƏ

Bakıda 104 nəfəri gün vurub, 8-i uşaqdır

Tarix:

24-08-2018, 14:57

/ 10 251 dəfə oxundu.
Bakıda 104 nəfəri gün vurub, 8-i uşaqdır

Yay mövsümü başlayandan bu günə qədər günvurma ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 104 nəfər mrüaciət edib.

GunAz.az azvision.az-a istinadən xəbər verir ki, bunu Stansiyanın baş həkiminin müavini İradə Əliyeva deyib. Onun sözlərinə görə, 61 nəfər xəstəxanaya aparılıb, 38 nəfərə isə yerində yardım göstərilib.

“Müraciət edənlərdən 62 nəfəri kişi, 33 nəfəri qadın, 8 nəfəri isə uşaqdır. Böyüklər əsasən orta yaş və küçədə olan adamlardır. Ölüm halı olmayıb. Əsasən təzyiqin aşağı olması, halsızlıq, baş giclənnmə ilə müraciətlər olur, yerində yardım göstərilir, düzəlməyəndə artıq xəstəxanaya aparılır”.

скачать dle 12.1

Şərhlər