SON DƏQİQƏ
» » Metroların qarşısına təcili yardım briqadaları yerləşdirilib - Səhiyyə

Metroların qarşısına təcili yardım briqadaları yerləşdirilib - Səhiyyə

Tarix:

4-07-2018, 16:12

/ 10 389 dəfə oxundu.
Metroların qarşısına təcili yardım briqadaları yerləşdirilib - Səhiyyə

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı Səhiyyə nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova sosial şəbəkədə yayıb. O bildirib ki, BŞTTTYS-in 103 xidməti artıq havaların istiləşməsi ilə bağlı bir neçə gündür ki, gücləndirilmiş iş rejimində çalışır. İyulun 3-dən etibarən metrostansiyaların fəaliyyətində yaranan problemlə bağlı olaraq, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin xüsusi briqadaları Bakı metropoliten stansiyaların qarşısında və avtobus marşrutlarının daha çox işlək ərazilərində yerləşdiriliblər:

"Ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metrolarda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur.

Dünən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) 103 xidmətinə ümumilikdə 2133 müraciət daxil olub. Müraciət edənlərin 220-si stasionar şöbələrə yerləşdirilib. Bunların 10-u günvurma hadisəsi ilə bağlı olub, 9-u xəstəxanalara yerləşdirlib.

Yay mövsümü girdiyi müddətdən bu günə kimi günvurma diaqnozu ilə 62 müraciət daxil olub. Onlardan 46-sı kişi, 12-si qadın, 4-ü isə uşaqdır.

İlansancma diaqnozu ilə 17 müraciət daxil olub. Ölüm faktı qeydə alınmayıb.

скачать dle 12.1

Şərhlər