SON DƏQİQƏ
» » NASA ilk dəfə Marsda küləyin səsini qeydə aldı

NASA ilk dəfə Marsda küləyin səsini qeydə aldı

Tarix:

8-12-2018, 10:00

/ 10 273 dəfə oxundu.
NASA ilk dəfə Marsda küləyin səsini qeydə aldı

Amerikanın Marsdakı avtomatik planetlərarası stansiyası "Mars InSight" Qırmızı planetdə ilk dəfə olaraq küləyin səsini qeydə alaraq yerə göndərə bilib.

Bu barədə cümə günü NASA-nın direktoru Cim Braydenstayn "Twitter" mikrobloqunda yazıb.

"İnsanlar əvvəl Marsda küləyin səsini eşitməmişdilər! "Mars InSight"ın Marsda qeydə aldığı küləyin səsini dinləyin", - deyə o yazıb və ABŞ Milli Aeronavtika və Kosmik Məkanın Tədqiqi İdarəsinin vebsaytına yerləşdirilən səs qeydinin linkini paylaşıb.

Bundan əvvəl Marsda parlayan naməlum cism tapılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ