SON DƏQİQƏ
» » İrəvanda sahibkarlar ayağa qalxdı - Paşinyana inamsızlıq

İrəvanda sahibkarlar ayağa qalxdı - Paşinyana inamsızlıq

Tarix:

7-12-2018, 19:21

/ 10 298 dəfə oxundu.
İrəvanda sahibkarlar ayağa qalxdı - Paşinyana inamsızlıq

İrəvanda bir qrup kiçik və orta sahibkarlıqla məşğul olan şəxs hökumət binası qarşısında aksiya keçirib.

GunAz.az xəbər verir ki, etirazçılar baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyanla görüşməyə cəhd etsələr də buna nail ola bilməyiblər. Onların sözlərinə görə 7 ay əvvəl Ermənistanda baş verən “məxməri inqilab”ın iştirakçısı olublar. Həmin vaxt Paşinyanı dəstəkləyiblər. Ümid ediblər ki, inqilabdan sonra köhnə sistem dəyişəcək. Amma bunun əksi baş verib. Əgər ilin əvvəlində işlətdikləri mağazalara görə 500 dram icarə haqqı ödəyirdilərsə, indi onlardan 2000 dram tələb olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ