İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib.
GunAz.az xəbər verir ki, Liberman bu barədə mətbuat konfransında bəyan edib.
O bildirib ki, istefasına səbəb Qəzza zolağında fələstinlilərə qarşı hərbi əməliyyatların dayandırılmasıdır.
Qeyd edək ki, Liberman 2016-cı ildən İsrailin müdafiə naziri vəzifəsində çalışıb.