SON DƏQİQƏ
» » Türkiyənin milli döyüş gəmisi donanmaya verilir

Türkiyənin milli döyüş gəmisi donanmaya verilir

Tarix:

2-11-2018, 11:30

/ 10 320 dəfə oxundu.
Türkiyənin milli döyüş gəmisi donanmaya verilir

Türkiyədə MİLGEM layihəsi çərçivəsində hazırlanan “TCG Burgazada” döyüş gəmisi noyabrın 4-də türk donanmasının sərəncamına veriləcək.

GunAz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, gəmi noyabrın 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək tədbirdən sonra istismara veriləcək. Tədbirdə həmçinin bu layihə çərçivəsində hazırlanan “TCG Kınalıada” gəmisinin təqdimatı keçiriləcək.

Qeyd edək ki, MİLGEM layihəsi Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını təmin etmək üçün başladılıb. Bu layihə çərçivəsində Türkiyənin ilk milli gəmisi “TCG Heybeliada” 27 sentyabr 2011-ci ildə dənizə buraxılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ