SON DƏQİQƏ
» » Merkel Ərdoğanın şərəfinə veriləcək ziyafətdə iştirak etməyəcək

Merkel Ərdoğanın şərəfinə veriləcək ziyafətdə iştirak etməyəcək

Tarix:

25-09-2018, 12:05

/ 10 283 dəfə oxundu.
Merkel Ərdoğanın şərəfinə veriləcək ziyafətdə iştirak etməyəcək

Almaniya kansleri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Berlinə səfəri zamanı Ərdoğanın şərəfinə veriləcək rəsmi şam yeməyində iştirak etməyəcək.

GunAz.az axar.az -a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri informasiya yayıb.

Almaniyanın Xarici İşlər naziri Hayko Maas da Ərdoğanın ziyarəti zamanı BMT Baş Assambleyası toplantıları səbəbindən Nyu Yorkda olacağından rəsmi ziyafətdə və ya Ərdoğanla işgüzar toplantılarda iştirak etməyəcək.

Ərdoğan Almaniyada ilk dəfə təntənəli hərbi mərasimlə qarşılanacaq, Berlin səfəri çərçivəsində Kölndə məscid açılışında iştirak edəcək.

“Almaniyanı baş nazir və prezident kimi ötən 15 ildə dəfələrlə ziyarət etmiş olsa da, Ərdoğanın ziyarəti yenə həftələrlə müzakirə olunub. Merkelin ziyafətə qalıtmamaq qərarının siyasi bir mesaj olduğunu söyləmək çətindir. Merkel keçmişdə də İngiltərə kraliçası II Yelizaveta və Qətər əmirinin şərəfinə verilən ziyafətlərə qatılmayıb”, - nəşr yazıb.

Qeyd edək ki, Ərdoğan 27-29 sentyabr tarixlərində Berlinə 3 günlük səfər edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ