SON DƏQİQƏ

Merkel Ərdoğanın iradına məhəl qoymadı

Tarix:

19-02-2017, 00:26

/ 3 609 dəfə oxundu.
Merkel Ərdoğanın iradına məhəl qoymadı

Almaniya kansleri Angela Merkel Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iradına baxmayaraq yenə də "İslamist terror” ifadəsini işlədib.

Axar.az xəbər verir ki, kansler həmin ifadəni Münxen Təhlükəsizlik konfrasında çıxışı zamanı deyib.

"Rusiya ilə islamist terrora qarşı ortaq mübarizə aparmaq, bu ölkə ilə normal münasibətlərə malik olmaq və Lissabondan Vladivastoka qədər uzanan sərbəst ticarət bölgəsi üzərində çalışmaqdan yaxşı bir şey ola bilməz”, - Merkel bildirib.

Xatırladaq ki, ötən ay Merkel Türkiyədə səfərdə olarkən "İslamist terror” ifadəsini işlətdiyinə görə Ərdoğanın iradı ilə üzləşmişdi.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ