SON DƏQİQƏ
» » Ermənistanda rusiyalı zabitin maşını yandırıldı

Ermənistanda rusiyalı zabitin maşını yandırıldı

Tarix:

28-10-2018, 13:56

/ 10 370 dəfə oxundu.
Ermənistanda rusiyalı zabitin maşını yandırıldı

Ermənsitanın Şirak vilayətinin prokurorluğunda oktyabrın 26-da Gümrüdə rusiyalı hərbçinin avtomobilinin yandırılması faktı üzrə materiallar hazırlanır.

GunAz.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"ı Şirak prokuroru Karen Qabrielyan məlumatlandırıb.

Mənbəyə əsasən, naməlum şəxslər Rusiyanın 102-ci hərbi bazasının hərbi hospitalının rəis müavini Məhəmməd Məhəmmədovun maşınını yandırıblar. Baş vermiş hadisə ilə bağlı polisə zərərçəkmişin özü xəbər verib.

"Nissan Teana" markalı avtomobilin yararsız vəziyyətə düşməsi üzündən hərbi həkimə 3 milyon dram həcmində zərər yetirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ