SON DƏQİQƏ
» » Türkmənistanda elmə məlum olmayan canlı aşkarlanıb

Türkmənistanda elmə məlum olmayan canlı aşkarlanıb

Tarix:

13-10-2018, 09:18

/ 10 245 dəfə oxundu.
Türkmənistanda elmə məlum olmayan canlı aşkarlanıb

İspan və bolqar alimləri Türkmənistanda elmə məlum olmayan canlı aşkarlayıblar.

Bu barədə "Report" "Planet Today"ə istinadən xəbər verir.

Məlumata görə, naməlum buğumayaqlı ölkənin şərqindəki mağaralardan birində aşkarlanıb. Alimlər ona "Turkmenocampa mirabilis" adını veriblər. Bu, tərcümədə "inanılmaz" və ya "qeyri-adi" tərcüməsini verir.

Alimlərin sözlərinə görə, buğumayaqlı Türkmənistanın yaşama üçün çətin şəraiti olan mağaralarına uyğunlaşmaq üçün uzun təkamlü yolu keçib. Bu canlının Orta Asiyanın digər ərazilərində də olması güman edilir.

Alimlər canlının əlverişsiz şəraitə necə uyğunlaşmasını aydınlaşdırmağa çalışırlar. 

Xatırladaq ki, avqustda Qax rayonunda da qeyri-adi görünüşə malik canlı tapılıb.

скачать dle 12.1

Şərhlər