SON DƏQİQƏ

Alimlər yeni bakteriya aşkarladı

Tarix:

6-10-2018, 08:39

/ 10 381 dəfə oxundu.
Alimlər yeni bakteriya aşkarladı

Amerika, Yaponiya və İsveç alimlərinin çalışdığı Beynəlxalq Araşdırma Mərkəzi mənşəyi məlum olmayan yeni bakteriya növü aşkarlayıb.

GunAz.az xəbər verir ki, alimlər bu bakteriyanı yerin alt qatlarında aşkarlayıb. Bir neçə metr dərinlikdə olan bakteriyaların canlı qalması üçün istilik kifayət edir. Bu bakteriyalar ilk olaraq yerin 610 metr dərinliyindən çıxarılıb. Laborotoriya şəraitində incələn bakteriyaların mənşəyi, törədici keyfiyyəti araşdırılır.

İlkin ehtimallara görə, bunlar "Sianobakteryum" adlanan canlı orqanizmlər qrupuna daxildir. Onlar əsasən günəş şüalarından uzaq yerlərdə yaranır və çoxalır. Oksigensiz mühitdə mövcud ola bilən canlılar yaşayıb inkişaf edə bilir.

Gələcəkdə bu bakteriyalardan hətta alternativ enerji mənbəyi kimi istifadə edilə biləcəyi də bildirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ