SON DƏQİQƏ

Separatçı liderin qətli ilə bağlı ŞOK FAKT

Tarix:

29-09-2018, 22:44

/ 10 302 dəfə oxundu.
Separatçı liderin qətli ilə bağlı ŞOK FAKT

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Denis Puşilinin köməkçisi Aleksandr Lavrentyevin avqustda qətlə yetirilən Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko ilə bağlı telefon danışıqlarının səsyazısını yayımlayıb.

GunAz.az Teleqraf.com-a istinadən xəbər verir ki, telefon görüşünün iyunun 12-də Türkiyənin Antaliya şəhərindəki “Yuvam” adlı restoranda aparıldığı məlum olub.

Görüşdə Donetskdəki separatçı rejimin nümayəndəsi Denis Puşilin Qazaxıstan vətəndaşı olan köməkçisi Aleksandr Lavrentyev və kimliyi məlum olmayan 2 nəfər iştirak edib.

SBU-nun hesabatına görə, telefon görüşündə Puşilin Zaxarçenkoya qarşı qiyam hazırlıqları müzakirə edilib.

Görüşdə Lavrentyev qiyamla bağlı müzakirələrin bitərəf məkanda aparılmasının vacib olduğunu deyərək, bu ilin sentyabrın sonunadək Zaxarçenkonun dəyişdirilməsinin əhəmiyyətindən danışır. O, eyni zamanda Aleksandr Zaxarçenkonun tezliklə tutduğu postdan birdəfəlik uzaqlaşdırılacağına da diqqət çəkir.

Telefon görüşündə iştirak edən naməlum şəxslərdən biri isə ona deyir: “Sizi başa düşdüm. Zaxarçenkonu aradan götürəcəksiniz və onun Puşilini gətirəcəksiniz”.

Qeyd edək ki, Aleksandr Zaxarçenko avqustun 31-də Donetsk şəhərinin mərkəzində baş vermiş partlayışda həlak olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ