SON DƏQİQƏ
» » Putindən Zaxarçenkonun ölümü ilə bağlı bəyanat

Putindən Zaxarçenkonun ölümü ilə bağlı bəyanat

Tarix:

1-09-2018, 08:57

/ 10 279 dəfə oxundu.
Putindən Zaxarçenkonun ölümü ilə bağlı bəyanat

Rusiya lideri Vladimir Putin Dontesk separatçılarının lideri Aleksandr Zaxarçenkonun ölümü ilə bağlı onun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

GunAz.az xəbər verir ki, Kreml rəhbəri başsağlığında bu qətli törədənlər layiqli cəzalarını alacaqlarını vurğulayıb.

“Aleksandr Vladimiroviç əsl xalq lideri, mülayim və qətiyyətli insan idi. O, Donbasın vətənpərvəri idi. Öz məmləkətinin çətin dövründə üzərinə böyük məsuliyyət götürdü və insanları ardınca apardı. Zaxarçenkonun öldürülməsi alçaq cinayətdir. Bu, bir daha onu təsdiq edir ki, terror, zorakılıq yolunu seçənlər münaqişənin sülh, siyasi həllini axtarmaq istəmirlər. Onlar vəziyyəti gərginləşdirməyə nail olmaq istəyirlər. Lakin onlarda bu alınmayacaq”, - deyə dövlət başçısı bildirib.

Xatırladaq ki, A.Zaxarçenko bu gün Donetskdə “Separ” kafesində törədilən partlayış nəticəsində öldürülüb.

скачать dle 12.1

Şərhlər