SON DƏQİQƏ

ABŞ İraqdakı konsulluğunu bağladı

Tarix:

29-09-2018, 10:56

/ 10 234 dəfə oxundu.
ABŞ İraqdakı konsulluğunu bağladı

ABŞ İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlayır.

GunAz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib. O, Vaşinqtonun niyə belə qərar qəbul etdiyini açıqlamayıb:

“Dövlət katibi Mayk Pompeo konsulluq əməkdaşlarının Bəsrəni tərk etməsi haqqında qərar qəbul edib. Bundan sonra ABŞ-ın Bağdaddakı səfirliyi Bəsrə əhalisi üçün konsulluq fəaliyyəti göstərəcək”.

Qeyd edək ki, sentyabrın 8-də Bəsrədəki ABŞ Konsulluğu hücuma məruz qalıb. Konsulluq ərazisinə minaatanlardan atəş açılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ