SON DƏQİQƏ

Ərdoğan ƏSAS HƏDƏFİ AÇIQLADI

Tarix:

27-09-2018, 10:54

/ 10 255 dəfə oxundu.
Ərdoğan ƏSAS HƏDƏFİ AÇIQLADI

“Şimali Suriyaya Amerikadan gələn silahlar, bombalar və sursatlar haqqında nə qədər bilirsiniz? Burada 18 mindən çox TIR və təxminən 3000 yük təyyarəsi ilə silah-sursat gəlib”.

GunAz.az  publika.az -a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türk-Amerika İş Şurası (TAİK) tərəfindən təşkil edilən 9-cu Türkiyə İnvestisiya Konfransında danışıb.

Silah-sursatın PYD/YPG terror təşkilatına gəldiyini deyən Türkiyə prezidenti ABŞ-ın Suriyada 22 hərbi bazasının olduğunu deyib.

“Bəs bunlar kimə qarşı istifadə olunur? Buradakı terror dəhlizinin o tərəfində kim var? Türkiyə var. Rusiya burada deyil, İran burada deyil. Bu sözləri söyləyərkən, bizə qarşı fərqli davranırlar. Amma bunları söyləmək məcburiyyətindəyik. Əgər söyləməsək, haqsızlıq qarşısında susan dilsiz şeytandır”, - Ərdoğan qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ