SON DƏQİQƏ

Moskvadan ŞOK ETİRAF

Tarix:

25-09-2018, 14:28

/ 10 221 dəfə oxundu.
Moskvadan ŞOK ETİRAF

Rusiya iqtisadiyyatı çox şeydə geri və yarıfeodal vəziyyətində qalır.

GunAz.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə açıqlamasında Rusiya Federal Antiinhisar Xidmətinin rəhbəri İqor Artyomov deyib. Onun sözlərinə görə, bu vəziyyət xüsusi olaraq regionlarda müşahidə edilir:

“Az inkişaf etmiş regionlarda xüsusilə rəqabət deyilən bir şey yoxdur. Biz Koreya və Yaponiya nümunəsini reallaşdırmalıyıq. Burada bazarın demonopoliyası iqtisadiyyatda böyük sıçrayışa gətirdi. İqtisadiyyatın milliləşməsi və dövlət monopolist kapitalizminin yaradılması bizim çoxdan mövcud olan xəstəliyimizdir. Sanksiyalar fonunda dövlət sektoru daha da güclənib. Biz bunu daha çox bank və ya sənaye sektorunda görürük. Sanksiyalar nə qədər çox təsir edirsə, milliləşmə də o qədər aktivəşir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ