SON DƏQİQƏ

Avropa ölkəsində böyük RİSK

Tarix:

25-09-2018, 13:27

/ 10 259 dəfə oxundu.
Avropa ölkəsində böyük RİSK

Belçikanın illərdir davam edən nüvə reaktoru problemi daha da artıb.

GunAz.az xəbər verir ki, elektrik ehtiyacının böyük hissəsini 7 nüvə reaktorundan alan ölkədə texniki problemlər səbəbilə noyabr ayında tək reaktor çalışacaq. Bu səbəblə noyabrda istehsal olunacaq elektrik enerjisinin kifayət etməyəcəyi düşünülür.

“Electrabel” elektrik şirkətinin məlumatına görə, ölkədə bu günə qədər ilk dəfə 6 nüvə reaktoru eyni zamanda dayandırılıb. Müxalifətin etirazlarının artdığı vaxtda, etirazların əsas hədəfi olan enerji naziri Marie-Kristine Marqhemi heç bir açıqlama verməyib. Müxalif liderlərdən biri olan sosialist Con Kombrez, enerji nazirini “Electrabel”in “kuklası” olmaqda günahlandırır. Ekoloji Partiya Federal millət vəkili Can-Mark Nollet isə elektrik qıtlığı riskinin yanvar və fevral aylarında da təkrarlana biləcəyini vurğulayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAGATE) məlumatına görə, Belçikadakı nüvə reaktorları dünyanın ən problemli nüvə reaktorlarından biridir. Belçikanın bu problemi aradan qaldırmaq üçün hansı addımları atacağı hələ ki, sual altındadır. Həll yolları içərisində ilk yerdə duran qonşu ölkələrlə ticarətdir.(mətbuat.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ