SON DƏQİQƏ
» » ABŞ-Çin ticarət danışıqları LƏĞV EDİLDİ

ABŞ-Çin ticarət danışıqları LƏĞV EDİLDİ

Tarix:

24-09-2018, 11:38

/ 10 245 dəfə oxundu.
ABŞ-Çin ticarət danışıqları LƏĞV EDİLDİ

Çin ölkələr arasında ticarətə tətbiq edilən yeni vergilərin tətbiq edilməsindən sonra ABŞ-la bütün ticarət danışıqlarını ləğv edib.

GunAz.az xəbər verir ki, Çinin rəsmi mövqeyinə əsasən, ABŞ-ın bu addımı Çinlə əməkdaşlığa zərbə vuracaq. Pekin danışıqları təxirə salıb və təzyiq altında danışıqlar aparmaqdan imtina edir.

Bununla belə, Çin Vaşinqtonla növbəti ay yeni danışıqlar aparmaq üçün imkan qapısını açıq saxlayır.
Qeyd edək ki, bir həftə əvvəl ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən mallara 10 faiz gömrük rüsumu tətbiq edib. Bu isə 200 milyard dollar deməkdir. Qərar 24 sentyabr tarixində qüvvəyə minib. 1 yanvar tarixində isə vergi tarifləri 25%-ə çatacaq. Çin isə cavab olaraq ABŞ-dan idxal edilən 5.200 adda məhsula gömrük rüsumunu artırıb. Bu isə 60 milyard dollar deməkdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ