SON DƏQİQƏ
» » ABŞ və Çin arasında "ticarət müharibəsi" QIZIŞIR

ABŞ və Çin arasında "ticarət müharibəsi" QIZIŞIR

Tarix:

1-08-2018, 16:04

/ 10 278 dəfə oxundu.
ABŞ və Çin arasında "ticarət müharibəsi" QIZIŞIR

ABŞ lideri Donald Tramp Çindən idxal edilən məhsullara qoyulan vergi rüsumunu 10 faizə qədər artırıb.

GunAz.az xəbər verir ki, ABŞ mətbuatında yer alan məlumata görə, Donald Tramp "ticarət müharibəsi"nin qızışmasında maraqlıdır. Bu məqsədlə də Tramp administrasiyası Pekin hökumətinə təzyiqləri artırmaq məqsədilə gömrük rüsumlarını 25 faizə çatdıracaq.

Tramp hökuməti artıq 5 min Çin istehsalı olan məhsula tətbiq ediləcək gömrük rüsumlarını 10 faizdən 25 faizə qaldıracağını bildirib.

Qərarın tam rəsmi qüvvəyə minməsi barədə Ağ Ev yaxın günlərdə məlumat yayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ