SON DƏQİQƏ
» » Qəzəbli kişi keçmiş müdirinin maşınını partlatdı

Qəzəbli kişi keçmiş müdirinin maşınını partlatdı

Tarix:

14-09-2018, 08:02

/ 10 200 dəfə oxundu.
Qəzəbli kişi keçmiş müdirinin maşınını partlatdı

Rusiyada kişi keçmiş müdirinin avtomobilini partladıb. 

GunAz.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Orlov şəhərində baş verib. 

Küçədə keçmiş müdiri ilə mübahisə edən şəxs RQD-5 qumbarasını onun avtomobilinə atıb. Nəticədə avtomobil partlayıb. 

Hadisəni törədən şəxs qaçıb qohumunun evində gizlənməyə çalışsa da, polis onu yaxalaya bilib. 

Faktla bağlı cinayət işi qaldırılıb. 

скачать dle 12.1

Şərhlər