SON DƏQİQƏ

Britaniyanın baş naziri istefaya gedə bilər

Tarix:

12-09-2018, 14:29

/ 10 268 dəfə oxundu.
Britaniyanın baş naziri istefaya gedə bilər

Britaniyanın baş naziri Tereza Mey istefaya gedə bilər.

GunAz.az xəbər verir ki, Britaniyanın Avropa İttifaqından ayrılması ilə bağlı dəqiq plan və şərtlərin olmaması Terezaya karyerası bahasına başa gələ bilər.

Məlum olub ki, Meyin partiyasında buna görə narazılıqlar başlayıb. Konservatorlar narazılıqlarını bildiriblər. 50 nəfər isə baş nazirin istefasını müzakirə etmək üçün görüş keçirib. Söhbət Avropa tədqiqat qrupunun nümayəndələrindən gedir və onun tərkibinə hakim partiyanın üzvləri daxil olub.

Tənqidçilər Terezanın Breksitdən sonra Avropa İttifaqının sərbəst ticarət zonasında qalması ilə bağlı planının əleyhinə çıxış edirlər.

48 millət vəkilinin etimadsızlıq göstərməsi baş nazir üçün votum çıxarmağa kifayət edir.

скачать dle 12.1

Şərhlər