SON DƏQİQƏ
» » PKK-nın “qış yuxusu”na zərbə: 788 sığınacaq vuruldu

PKK-nın “qış yuxusu”na zərbə: 788 sığınacaq vuruldu

Tarix:

11-09-2018, 11:15

/ 10 343 dəfə oxundu.
PKK-nın “qış yuxusu”na zərbə: 788 sığınacaq vuruldu

Türkiyə Silahlı Qüvvələrinin 2018-ci ilin ilk 8 ayında keçirdiyi uğurlu əməliyyatlar nəticəsində PKK-ya məxsus 788 sığınacaq dağıdılıb, 43 ton ərzaq məhsulu ələ keçirilib.

GunAz.az axar.az -a istinadən xəbər verir ki, bununla da terrorçuların qış aylarına hazırlıq prosesinə ciddi zərbə vurulub.

Türkiyə ordusu PKK ilə mübarizədə “gözlə, əməliyyata başla” üsulu yerinə “hər nöqtədə, hər şərtdə əməliyyat” üsuluna keçməklə qruplaşmaya ağır zərbə endirib. Türkiyə daxilində PKK terrorçularının toplanıb hücum planları qurduğu düşərgələrə də əməliyyatlar başladılıb. Bu əməliyyatlar nəticəsində PKK-çılar qış hazırlıqlarını həyata keçirə bilməyib və qışı keçirdikləri bir çox düşərgəni tərk etməyə məcbur qalıb.

Uğurlu əməliyyatlar Türkiyə daxilindəki PKK terrorçularının sayına da təsir göstərib. Son illərə qədər ölkənin sərhədləri daxilində 3-5 min arası terrorçu olduğu halda, 2018-ci ildə bu rəqəm 700-ə qədər azalıb. Əməliyyatlar zamanı Daxili İşlər Nazirliyinin “Terrorçuların axtarış siyahısı”nın qırmızı kateqoriyasına daxil edilən və başlarına 4 milyon lirədən artıq pul qoyulan 11 PKK lideri öldürülüb.

скачать dle 12.1

Şərhlər