SON DƏQİQƏ

Tramp bu ölkələri bağışladı

Tarix:

30-08-2018, 16:48

/ 10 280 dəfə oxundu.
Tramp bu ölkələri bağışladı

ABŞ prezidenti Donald Tramp Cənubi Koreya, Braziliya və Argentinadan alimuniumun idxalına tətbiq edilən gömrük rüsumlarının yumşaldılması ilə bağlı sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, bu haqda ABŞ-ın Ticarət Nazirliyinin press-relizində deyilir.

Qeyd edək ki, ABŞ Trampın təşəbbüsü ilə son bir neçə ayda beynəlxalq ticarətdə balansı öz xeyrinə dəyişdirmək üçün bir sıra addımlara təşəbbüs edib. İyunun 1-dən məhdudlaşdırıcı ölçülər ABŞ-ın ən yaxın partnyorları olan Avropa İttifaqı, Kanada və Meksika barəsində qüvvəyə minib.

İyunda həmçinin 50 milyard dollarlıq Çin məhsullarına 25 faiz həcmində rüsum tətbiq edilib. Tramp avqustun 10-da isə Türkiyədən polad və alüminiuma rüsumları iki dəfə - müvafiq olaraq 50 və 20 faiz yüksəltmək barədə göstəriş verib./publika.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ